Gül suyunun FAYDALARI

 01:30 12.09.2024     351

Təbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur.

Redaktor.az xəbər verir ki, gül suyu tibbi, kosmetik vasitələrdə, mətbəx kimi həyatımızın bir çox sahəsində istifadə edilir. O, gül yarpaqlarından damladılaraq əldə edilir və bir çox məhsulların tərkibində var.

Gül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçəkdir. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yayır. Ayrıca, güllər və güldən əldə edilən məhsullar bir sıra müalicəedici faydaya və qiymətli xüsusiyyətə malikdir. 

Gül suyunun çox xoş dadı və qoxusu vardır. Keyfiyyətli gül suyu qədim İran və Misirdə çox dəyərli hesab olunurdu. O, Kleopatranın ən çox istifadə etdiyi gözəllik məhsulu idi. 

Qədim Hindistanda gül suyu reseptlərindən bəzi dini mərasimlər üçün istifadə edilirdi. Qədim Yunanıstanda və Orta Şərqdə gül suyudan müxtəlif ekzotik yeməklərin, xüsusilə paxlava kimi şirniyyatların ləzzətini artırmaq üçün istifadə edilirdi.

Gül suyunun çox faydası var

Gül suyunun saysız faydaları arasında antibakterial, sakitləşdirici, müalicəedici və antiseptik xüsusiyyətləri yer alır. A, C, D, E və B3 kimi flavonoid və vitaminlər baxımından çox zəngindir. Gül suyu müalicəvi xüsusiyyətə də malikdir. Bədənimizi faydalı, qidalandırıcı maddələr və minerallarla zənginləşdirib, böyrək infeksiyası və ürək xəstəliyi riskini azaldır, həzm problemlərini və sinir gərginliyini aradan qaldırır, paradontoz kimi xəstəliklərin səbəb olduğu diş ağrılarını və göz qıcıqlanmasını aradan qaldırır. 

Gül suyu dəri infeksiyalarını müalicə edir

Gül suyundan dəri infeksiyalarını müalicə etmək üçün istifadə olunur və bir çox dəriyə qulluq texnikası üçün əhəmiyyətli bir faktor maddəsidir. Mükəmməl dərəcədə sakitləşdirici təsirləri vardır. 

Quruyan və yaşlanan dərilərə xeyirlidir 

Quru və yaşlanan dərilərdə cavanlaşma təsiri yaradır. Dərini təmizləyir və tonik təsiri edir. Dəridə olan şişkinliyi və qızartını azaldır. Qara nöqtələrdən xilas olmağa köməkçi olur. 

Saç baxımında gül suyunun rolu

Gül suyu təkcə dəri üçün deyil, saçlarımız üçün də çox faydalıdır. Buna görə saç baxım məhsulları və şampunların tərkibində çox sıx istifadə edilən bir maddədir. 

Gül suyu saç dərisinə gedən qan axışını artırır, saç kökünü qidalandırır, gücləndirir və saç tökülməsinin qarşısını alır. 

Aldığınız və istifadə edəcəyiniz gül suyunun 100% təbii məhsul olması çox əhəmiyyətlidir. Əczaxanalarda və marketlərdə satılan gül suyu məhsulları çox vaxt sintetik gül suyu və ya qatqı maddələriylə hazırlanır. 

Gül suyunu evdə hazırlamağın bir çox şəkli və üsulu var. Ev şəraitində hazırlanan reseptlər çox faydalı və yüksək keyfiyyətli olur. Məsələn, təzə gül yarpaqları, distillə edilmiş su və buz. Lakin distillə funksiyasını yerinə yetirəcək ağır bir kərpic və ya oxşar bir şeyə də ehtiyacınız olacaq.