"Pilotlar bu şüaların təsirinə məruz qalanda xərçəngə tutulurlar" - Radioloq

 10:24 17.09.2024     450

"Dəniz səviyyəsindən 3-4 min metr və daha yuxarıdan uçan təyyarələri idarə edən pilotlar kosmosdan yerə doğru yönələn ionlaşdırıcı şüaların təsirinə məruz qala bilər”

Redaktor.az xəbər verir ki, bunu tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O, bunun insanlarda xərçəng xəstəliyinə səbəb olacağını bildirib:

“Bu, zaman-zaman orta illik radiasiya dozasını (20 mZv-mSv-milli Zivert-Sivert) aşarsa, onlarda xərçəng, immun sistemin zəifləməsi ilə əlaqədar olaraq digər xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Bir çox inkişaf etmiş ölkələrdə dəniz səviyyəsindən çox yüksəkdə uçan təyyarələri idarə edən pilotların şüalanma dozasını ölçmək üçün onlar dozimetrlərlə təchiz edilir və onlara buna görə əlavə maddi vəsait və ya istirahət verilir”.

VASİF