Dərdlərə dərman olan qarğıdalı saçağının FAYDALARI
Əgər siz də qarğıdalı saçağının orqanizm üçün faydalarını bilsəniz yəqin ki, onu gərəksiz bir zibil kimi atmayacaqsınız. Qarğıdalı saçağı zəngin tərkibi, faydalı xüsusiyyətləri ilə bir çox dərdlərin təbii dərmanıdır.
Redaktor.az xəbər verir ki, xalq təbabətində qarğıdalı saçağından çox qədim zamanlardan istifadə olunub. O aşağıdakı xəstəliklərin müalicəsində effektli təbii vasitədir:
• Böyrək iltihabı
• Sidik yollarının iltihabi xəstəlikləri
• Qastrit
• Piylənmə
• Vərəm
• Şəkərli diabet
• Hipertoniya
• Dəri xəstəlikləri
• Venaların varikoz genişlənməsi
• Sonsuzluq və potensiya zəifliyi
• Yuxusuzluq və əsəb pozğunluğu
• Ateroskleroz və onkoloji xəstəliklərin profilaktikası
Qarğıdalı saçağının əsas faydalarından biri sidikqovucu və ödqovucu xassəyə malik olmasıdır. O, ödün axanını yaxşılaşdırır, öd durğunluğunu aradan qaldırır.
Qarğıdalı saçağının antibakterial və iltihab əleyhinə güclü təsiri sayəsində böyrək xəstəlikləri zamanı spazmaları və ağrıları götürür, orqanizmdən sidiyin xaric olmasında yaranan problemləri aradan qaldırır.
Qarğıdalı saşağından müntəzəm istifadə edildikdə o qanda şəkəri tənzimləyir, həmçinin xolesterenin səviyyəsini aşağı salır.
Stresslə mübarizə üçün qarğıdalı saçağı ən yaxşı təbii vasitələrdən biridir. O sinir gərginliyini, zehni və fiziki yorğunluğu aradan qaldıraraq sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.
Piylənmə, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində qarğıdalı saçağı aşağıdakı qaydada hazırlanır.
5 xörək qaşığı qarğıdalı saçağının üzərinə 400 qram su əlavə edilib 30 dəqiqə zəif odda qaynadılır. Sonra 3 saat dəmdə saxlanılır. Bu müddətdən sonra süzülür və gün ərzində 3 dəfə 30 qram yeməkdən əvvəl qəbul edilir.
Piylənməyə qarşı qarğıdalı saçağından hazırlanmış dəmləməni hər 3 saatdan bir 50 qram qəbul etmək lazımdır.
İştəhasız və çəkisi az olan insanlara qarğıdalı saçağından istifadə məsləhət görülmür.
//modern.az