Qozun iç pərdəsi əksər xəstəliklərin DƏRMANIDIR
Görünüşünə görə ağciyəri xatırladan qozun iç pərdəsi ağciyərin müalicəsində çox təsirli vasitədir.
Redaktor.az xəbər verir ki, qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun “Şərq”ə açıqlamasına görə, qozun pərdəsi yuxarı tənəffüs yollarının əksər xəstəliklərini, xüsusən də öskürəyi dərhal aradan qaldırmaq xüsusiyyətinə malikdir.
Ekspert bildirib ki, orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparan qozun iç pərdəsi immunitet sistemini gücləndirir, xərçəng hüceyrələrinin qarşısını da alır: “Qoz pərdəsini qaynadıb içməklə həm ağciyərin sağlam qalmasına və təmizləməsinə yardımçı olmaq olar, həm də siqaret çəkən insanlar da siqaretin ağciyərə vurduğu zərərin qarşısını ala bilərlər.
Ev şəraitində də qoz qabığından çayı asan yolla hazırlamaq mümkündür. Otaq temperaturunda soyudulmuş bu çay gündəlik istehlak oluna bilən içkilərdən sayılır.
Hazırlanma qaydası, 5-6 ədəd qozun iç pərdəsi bir stəkan suda qaynadılır və 5 dəqiqə qaynadıqdan sonra otaq temperaturunda soyudulub içilir”.