Revmatizm əlamətləri və MÜALİCƏSİ

 01:00 24.09.2024     324

Revmatizm, boğazda olan streptokok infeksiyası müalicə edilmədikdə inkişaf edə bilən iltihabi bir xəstəlikdir. 

Redaktor.az xəbər verir ki, revmatizm ən çox 5 -15 yaş arasında olan uşaqları təsir edir, buna baxmayaraq, daha kiçik uşaqlarda və böyüklərdə də rast gəlinə bilər.

Revmatizm, ürək qapaqlarının zədələnməsi və ürək çatışmazlığı da daxil olmaqla, ürəyi qalıcı zədələyə bilən bir xəstəlikdir. Müalicə ilə iltihabdan yaranan zədələri, ağrıları və digər simptomları azalda bilər və Revmatizmnın təkrarlanmasının qarşısını ala bilərik.

Əlamətləri

Revmatizn əlamətləri müxtəlifdir.bir və ya bir nemə əlamətlərə rast gəlinə və bu əlamətlər xəstəliyin gedişatı zamanı dəyişiklik göstərə bilər. Revmatik qızdırmanın başlanğıcı adətən streptokok A infeksiyasından təxminən iki-dörd həftə sonra baş verir. Ayaqda revmatizm əlamətləri arasında ağrı, şişkinlik və hərəkət məhdudiyyəti yer alır. Həkimlər, ayaqda revmatizm əlamətləri olaraq səhər saatlarında sərtlik və gərginlik hissini də qeyd edirlər. Ayaqda revmatizm əlamətləri, eyni zamanda uzun müddət dayandıqda və ya hərəkət etdikdə artan ağrılarla da özünü göstərə bilər.

Ürəkdə, oynaqlarda, dəridə və ya mərkəzi sinir sistemində iltihab nəticəsində yaranan revmatik qızdırma əlamətləri və simptomları aşağıdakıları əhatə edə bilər:

Yüksək temperatur

Ağrılı və həssas oynaqlar - ən çox dizlərdə, topuqlarda, dirsəklərdə və biləklərdə

Bir oynaqda digər oynağa keçən ağrı

Oynaqlarda şişkinlik, qızartı, temperatur

Dərinin altında kiçik, ağrısız qabarlar

Sinə ağrısı

Ürək xırıltısı

Yorğunluq

Düz və ya bir qədər yuxarı qalxmış səpkilər

Sydenham xoreası ilə müşayiət olunan ağlama və ya yersiz gülüş kimi qeyri-adi davranış

Revmatizm əlamətləri arasında oynaqlarda ağrı, qızartı və şişkinlik önə çıxır. Çox vaxt, revmatizm əlamətləri olaraq yorğunluq, hərəkət zamanı gərginlik və sabahları oynaqlarda sərtlik hissini qeyd edirlər. Revmatizm əlamətləri, həmçinin hava dəyişikliklərinə həssaslıq və bəzən də hərarətin yüksəlməsi ilə müşayiət edilə bilər.

Səbəbləri

Revmatik qızdırma, A qrupu streptokok adlı bakteriyanın boğazda yaratdığı infeksiyandan sonra aş verə bilən bir xəstəlikdir. 

Dərinin və ya bədənin digər hissələrinin A qrupu streptokok infeksiyaları nadir hallarda revmatik qızdırmaya səbəb olur.

Streptik infeksiya ilə revmatik qızdırma arasındakı əlaqə tam aydın deyil, lakin görünür ki, bakteriyalar immunitet sistemini aldadır.

Streptakok bakteriyasının tərkibində bədənin müəyyən toxumalarında olana bənzər bir protein vardır. Normalda infeksiyaya səbəb olan bakteriyaları hədəf alan bədənin immun sistemi öz toxumasına, xüsusən də ürək, oynaqlar, dəri və mərkəzi sinir sistemi toxumalarına hücum edir. İmmun sisteminin bu reaksiyası toxumaların şişməsi (iltihab) ilə nəticələnir.

Əgər uşağınız streptokok bakteriyaları aradan qaldırmaq üçün antibiotiklə təcili müalicə alırsa və bütün dərmanları təyin olunduğu kimi qəbul edirsə, revmatik qızdırmanın inkişaf etmə riski azdır.

Əgər uşağınızın müalicə olunmayan və ya tam müalicə olunmayan bir və ya daha çox streptokok infeksiyası varsa onda revmatizm yaranma ehtimalı böyükdür.

Risk faktorları

Revmatik qızdırma riskini artıra bilən amillərə aşağıdakılar daxildir:

• Ailədə keçirilmiş infeksiya. Bəzi insanlar revmatizmə meyillilik yaradan genlərin daşıyıcısı olur.

• Streptakok bakteriyaların növü. Strep bakteriyasının bəzi ştammlarının revmatik qızdırmaya səbəb olma ehtimalı digərlərinə nisbətən daha çoxdur.

• Ətraf Mühit faktorları. Revmatizmin daha böyük riski həddindən artıq sıxlıq, pis sanitariya və streptokok bakteriyaların asanlıqla sürətli ötürülməsi və ya bir neçə dəfə məruz qalması ilə nəticələnə bilən digər şərtlərlə əlaqələndirilir.

Ağırlaşmaları

• Revmatizm nəticəsində yaranan iltihab bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Bəzi hallarda iltihab uzunmüddətli ağırlaşmalara səbəb olur.

• Revmatik qızdırma ürəyə qalıcı ziyan vura bilər (revmatik ürək xəstəliyi). Bu, adətən ilkin xəstəlikdən 10-20 il sonra baş verir, lakin revmatik qızdırmanın ağır halları uşağınızın hələ də simptomları olduğu halda ürək qapaqlarının zədələnməsinə səbəb ola bilər. Problemlər ən çox ürəyin iki sol kamerası (mitral qapaq) arasındakı qapaqda olur, lakin digər qapaqlar da təsirlənə bilər.

• Zədələnmənin nəticələri aşağıdakılar ola bilər:

• Qapağın daralması. Bu qan axınını zəiflədir.

• Qapağın açıq qalması. Açıq qapaq qanın yanlış istiqamətdə axmasına səbəb olur.

• Ürək əzələsinin zədələnməsi. Revmatik qızdırma ilə əlaqəli iltihab ürək əzələsini zəiflədə bilər, onun "itələmə"qabiliyyətinə təsir göstərir.

• Mitral qapağın, digər ürək qapaqlarının və ya digər ürək toxumalarının zədələnməsi sonrakı dövrlərdə ürəkdə problemlər yarada bilər. Nəticədə aşağıdakı hallar yarana bilər:

• Qeyri stabil və xaotik ürək döyüntüsü (atrial fibrilasiya)

• Ürək çatışmazlığı

Profilaktikası

Revmatik qızdırmanın qarşısını almağın yeganə yolu streptokok infeksiyalarını və ya qırmızı qızdırmanı müvafiq antibiotiklərin tam kursu ilə vaxtında müalicə etməkdir. Revmatizm qan analizi, revmatizmin diaqnozunda istifadə edilən əsas testlərdən biridir. Həkimlər, revmatizm qan analizi vasitəsilə iltihab səviyyələrini və revmatik xəstəlikləri müəyyən etmək üçün bu testi həyata keçirirlər. Revmatizm qan analizi, revmatoid faktorun və digər iltihab markerlərinin səviyyəsini ölçərək diaqnoz qoymağa kömək edir.

//saglamaile.az