Keçibuynuzu bəhməzinin qızıldan qiymətli FAYDALARI

 01:30 24.09.2024     352

Keçibuynuzu bəhməzi çox faydalı təbii müalicəvi vasitədir.

Redaktor.az xəbər verir ki, onun tərkibində bir çox orqanizm üçün vacib maddələr var - xolin, orqanik turşular, kalsium, maqnezium, marqans, dəmir, pektin, büzücü maddələr, vitaminlər və s.

Keçibuynuzu bəhməzinin bu kimi inanılmaz faydalı xüsusiyyətləri var:

- Öskürək zamanı çox yaxşı kömək edir, nəfəs yollarını selikdən təmizləyir, öskürəyi yümşaldır.

- İmmun sistemini möhkəmləndirir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir.

- Yuxunu yaxşılaşdırır.

- Ürəyin fəaliyyətini və arterial təzyiqi normallaşdırır.

- Qanda xolesterinin səviyyəsini aşağı salır.

- Dəmirlə zəngin olduğundan qanazlığı zamanı faydalıdır.

- Sümükləri möhkəmləndirir.

- Orqanizmi ziyanlı maddələrdən təmizləyir, antioksidant kimi təsir edir.

- Maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir.

- Miqren, depressiya, əsəbilik zamanı faydalıdır.

- Beyinin fəaliyyətinə müsbət təsir edir.

- Orqanizmə əlavə enerji verir.

Mütəxəssislər keçibuynuzu bəhməzini gündə 2 dəfə 1 x.q. (uşaqlarda 1 ç.q.) olmaqla yeməkdən 30 dəqiqə əvvəl qəbul etməyi tövsiyə edirlər.

Bəhməzin faydasını artırmaq üçün onu su və az miqdarda limon şirəsi ilə qarışdırıb içmək məsləhət görürlər.

//aptekonline.az