Uşaqlar arasında yayılan yeni infeksiyaların səbəbi nədir? - VİDEO
Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.
Redaktor.az xəbər verir ki, həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxmərək, su çiçəyi və ya skarlatina deyilir. "Ağız-əl-ayaq" xəstəliyi adlandırılan bu virus Koksaki törədir.
Qeyd edilib ki, xəstəlik bəzi hallarda ağırlaşa da bilər.
Mütəxəssis bildirib ki, bu xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır.
Ətraflı "Xəzər Xəbər"in süjetində: