Bunlar beyin sağlamlığına zərər verir - Alimlər AÇIQLADI
Monaş Universitetinin (Avstraliya) alimləri müəyyən ediblər ki, hətta tək baş beyin travması da Alzheimer xəstəliyinin inkişaf riskini artırır və beynin mikrostrukturunu məhv edir. Üstəlik, bu cür nəticələr onilliklər boyu davam edə bilər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Brain" jurnalında dərc olunub.
Tədqiqat təxminən 22 il əvvəl baş vermiş tək bir hadisədə orta və ağır dərəcəli tək beyin travması (TBI) almış şəxsləri əhatə edib. Subyektlərin beyinlərinin maqnit rezonans tomoqrafiyası aparılıb və laboratoriya analizləri üçün qan veriblər. Alimlər beyin zədələnməsini göstərən əlamətləri aşkar etməyə çalışıblar.
Üçüncü mərhələdə xüsusi testlər vasitəsilə iştirakçıların idrak qabiliyyətləri (diqqət və yaddaş kimi) qiymətləndirilib.
MRT nəticələri göstərib ki, zədədən bir neçə onillik keçməsinə baxmayaraq, subyektlərdə hələ də beynin mikrostrukturunun bütövlüyündə pozuntular var. Bundan əlavə, travmatik beyin zədəsi almış insanların qanında koqnitiv geriləmə ilə əlaqəli biomarkerlər müəyyən edilib.
Alimlərin fikrincə, travmatik beyin xəsarətləri Alzheimer və Parkinson xəstəlikləri kimi neyrodegenerativ xəstəliklərin inkişafının mümkün səbəblərindən biridir. Tədqiqatçılar əmindirlər ki, TBI sabit bərpa trayektoriyası olan bir hadisə kimi deyil, xroniki bir patoloji kimi xarakterizə edilməlidir.
Alimlər travmatik beyin zədələrinin şiddətini göstərən biomarkerləri müəyyən etmək üçün tədqiqatları davam etdirmək niyyətindədirlər. Elmi işin müəlliflərinin fikrincə, beynin bərpasının xüsusiyyətlərini bilmək daha effektiv terapevtik strategiyaların işlənib hazırlanmasına və idrak sağlamlığının pozulmasının qarşısını almağa kömək edəcək.
Turan İSMAYIL