Limonlu suyu belə içmək olmaz! – 4 mənfi təsiri
Mütəxəssislər limon şirəsinin sağlamlığımız üçün çox faydalı olduğunu bildirirlər. Limonlu suyun ən əhəmiyyətli faydalarından biri böyrək daşlarının qarşısının alınmasında təsirli olmasıdır.
Redaktor.az xəbər verir ki, Dr. Erik Berq bir çox insanın limonlu su içərkən etdiyi səhvlərdən danışıb.
Həkim bildirib ki, limonlu su yalnız düzgün istehlak edildikdə faydalıdır. Əks təqdirdə isə mənfi nəticələr verə bilər.
“Limonlu su tərkibindəki dəstəkləyici minerallar, xüsusilə də C vitamini ilə diqqət çəkir. Daha çox sitrat əldə etməyin yolu da limonlu su içməkdir”, – Dr. E.Berq qeyd edib.
Həkim bildirir ki, C vitamini çatışmazlığının əsas simptomları diş ətinin qanaması və yorğunluqdur. Histaminin bəzən “yorğunluğa səbəb olan bir zəhər kimi” təsir etdiyini izah edən Berq, limonun antihistamin xüsusiyyətindən faydalanmalı olduğumuzu söyləyir.
“Bundan əlavə, limon şirəsi göbələklərə, infeksiya növlərinə və sidik turşusu əmələ gəlməsinə qarşı müalicəvi təsir göstərir.
Bədəndə dəmirin udulmasını artırmağa da kömək edir. Bunun üçün limonu suya sıxaraq və ya qabıqlı şəkildə blenderdən keçirdikdən sonra suya qataraq istehlak etmək lazımdır”, – həkim vurğulayıb.
Dr.E.Berqin sözlərinə görə, limonun faydalarından yararlanmaq üçün aşağıdakı səhvləri etmədiyinizdən əmin olmalısınız:
Yeməkdən əvvəl içməyin!
Yeməkdən əvvəl limonlu su istehlak etməyin düzgün olmadığını bildirən Berq, limonun tərkibindəki turşuların həzm prosesini ləngidəcəyini deyir. Odur ki, limonlu suyu hər hansı bir yeməkdən ən azı 1 saat əvvəl içməlisiniz.
Diş minasına zərər verə bilər!
pH səviyyəsi 2-3 arasında dəyişən limon birbaşa istehlak edildikdə dişlərə zərər verir. Limon şirəsinin pH səviyyəsini xlorid turşusuna bənzədən Berq, müntəzəm olaraq dişləri birbaşa limon şirəsinə məruz qoymağın düzgün olmadığını bildirir. Buna görə də onu su ilə seyrəldib içmək daha faydalıdır.
Mədəyə mənfi təsir edə bilər!
Mədə xorası kimi xəstəliklərindən əziyyət çəkənlər limon suyu qəbul etdikdən sonra yanma hissi ilə üzləşə bilərlər. Mədəsi həssas olanların limonlu su istehlak etməsi təhlükəli ola bilər.
Alkaloz riski
Qan dəyərlərində pH səviyyəsi yüksələrək normaldan daha çox qələvi hala gələ bilər. Alkaloz adlanan bu vəziyyətdə limon şirəsi içmək zərərli təsirlərə səbəb olur.
Alkalozun ümumi simptomları başgicəllənməsi, əl və ayaqlarda uyuşma, ürək döyüntüsü və nəfəs darlığıdır. Belə nəfəs bədəndə oksigen və karbon dioksid balansının pozulmasına səbəb olur.
Bu cür riskli vəziyyətlərə məruz qalmamaq üçün limonlu su içərkən daha diqqətli olmalısınız.
//Medicina.az