Ağ çörəyin bilmədiyiniz ZİYANI

 01:00 02.10.2024     263

Bütün dünya ölklərinin koronavirusla mübarizə apardığı dövrdə immunitetin gücləndirilməsi vacib faktlardan biridir. Məlumdur ki, immunitet orqanizmin xəstəliklərə qarşı müqavimət gücüdür.

Bəs necə etmək lazımdır ki, orqanizm xəstəliklərə müqavimət göstərə bilsin. Bəziləri bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda görür.

Bəzi alimlərin qənaətincə, immunitetin əsası hələ ana bətnində qoyulur. Hamilə qadınlar bol-bol meyvə-tərəvəz yedikdə, su içdikdə, açıq havada gəzdikdə və əsəbdən özünü qoruduqda doğulacaq körpənin immun sistemi də düzgün formalaşır.

Redaktor.az xəbər verir ki, Fitoterapevt-həkim Fizuli Hüseynov “Sherg.az”a bildirib ki, ilk növbədə immun sistemi zəiflədən yeməkləri tanıyıb onlardan imtina etmək lazımdır:

“Bunlara ağ çörək, şirniyyatlar, çipslər, qazlı içkilər, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir. Ümumiyyətlə, imkan daxilində təbii ərzaqlara üstünlük verilməlidir. Sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə mənfi təsir göstərir. Hər gün açıq havada 2 saata yaxın gəzmək bədənin müqavimətini artırır”.

Həkim qeyd edib ki, immunitetin ən əsas düşmənlərindən biri də əsəb gərginliyidir:

“İnsanlar çalışmalıdır ki, özlərini əsəb və stresdən qorusunlar. Yeməkdən sonra ya 1 stəkan qatıq, ya da kefir içməyə vərdiş etmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0.8 litr çiy su içmək lazımdır. Gündə 1 stəkan bal şərbəti içmək və ya ona alma sirkəsi qarışdırmaq daha yaxşıdır”.

F.Hüseynov xüsusilə vurğulayıb ki, gündə 1 xörək qaşığı qara zirə yağı içmək immuniteti gücləndirir:

“Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, ud-hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın və itburnu kimi bitkiləri növbəli şəkildə çay kimi dəmləyib içilməlidir.

Mövsümi meyvələri bol-bol yemək, infeksion xəstəlik yayılmış yerlərə getməmək lazımdır. İnsanın sağlam olması üçün orqanları qida maddələri və oksigenlə təmin edən qanın mütləq təmiz və saf olması vacibdir”.