Bu xəstəliyin müalicəsində süni zəkadan istifadə edildi

 13:13 04.10.2024     1533

Ekrandan istifadənin artması ilə bir çox uşaq getdikcə daha çox miopiya ilə qarşılaşır. Bu, ciddi görmə itkisinə və korluğa səbəb ola biləcək miopik makulopatiya kimi ciddi fəsadlara gətirib çıxarır.

Arizona Dövlət Universitetinin tədqiqatçıları qrupu 2050-ci ilə qədər dünya əhalisinin 50%-ni əhatə edəcəyi proqnozlaşdırılan miopiyanın (uzaqgörənliyin) diaqnostika və müalicəsini təkmilləşdirmək üçün süni intellektdən (AI) istifadə ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatçılar bu yaxınlarda "JAMA Ophthalmology" jurnalında öz nəticələrini dərc ediblər və "NN-MobileNe"t adlı yenilikçi süni intellekt alqoritminin inkişafını təsvir ediblər. Bu alqoritmlər retinal məlumatlardan miopik makulopatiyanın dərəcəsinin təsnifatını təkmilləşdirir, oftalmoloqlara fərdi müalicə təklif etməyə imkan verir.

Sevinc İBRAHİMZADƏ