Bu qan qrupundan olan insanlar DAHA ÇOX YAŞAYIRLAR

 03:00 08.10.2024     599

Alimlər birinci qan qrupuna aid insanların daha uzun ömürlü olduğunu müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, aparılan araşdırmalardan sonra birinci qan qrupu olan insanların digər qruplardan olan insanlardan daha çox yaşadığı məlum olub.

Bu kəşf genetik faktorların və immun sisteminin xüsusiyyətlərinin qarşılıqlı əlaqəsi ilə izah olunur.

Birinci qan qrupuna aid olan insanlarda iltihab proseslərinin daha az aktivliyi müşahidə olunur ki, bu da müxtəlif xəstəliklərə qarşı bədəndə daha yüksək müqavimət yaradır.

Araşdırmalar onu da göstərib ki, birinci qan qrupu bəşəriyyətdə ən qədim və ən geniş yayılmış qan qrupdur.

Bu qrupda olan insanlar güclü immunitetə malikdirlər və infeksiyalara daha az məruz qalırlar. Onlarda həmçinin tromboz və ürək-damar xəstəlikləri riski azdır.

Bundan əlavə, onların qanı universal donorluq üçün əlverişlidir.