Bu göyərti 10 xəstəlikdən XİLAS EDİR
"Göyərtilərin şahı cəfəridir" desək, yanlış olmaz. Cəfəri lüteolinlə zəngindir, bu maddə orqanizmdə bütün pis sərbəst radikalları və metobolizm qalıqlarını zərərsizləşdirir.
Lüteolinin digər faydası iltihab əleyhinə təsiridir. Bircə pors cəfəri qan damar və oynaq iltihabi proseslərini azaldır.
Redaktor.az xəbər verir ki, cəfəri antioksidant təsiri ilə immuniteti gücləndirir. A, C vitaminləri ilə zəngindir, cəfəri çox yeyənlər nadir halda xəstələnir.
Cəfəridə olan K vitamini sümüklərin möhkəmliyini təmin edir. Cəfəri yeməyə vərdiş etsəz- güclü diş və sümükləriniz olacaq. Eləcə də K qan laxtalanması prosesini tənzimləyir. Ürək-damar xəstəliklərindən qoruyur.
Orqanizm homosistein adlı amin turşuzu sintez edir, bu turşu damarların tamlığını pozur, insult, infarkt riskini artırır.
Bu göyərtidə olan B9 vitamini məhz bu homosisteini nəzarətə alır, bununla da ürək-damar sistemini ciddi problemlərdən qoruyur.
Bununla da bitmir: cəfəridə olan miristisin orqanik birləşməsi anti xərçəng əleyhinə təsir edir. Cəfəri həm də gözəllik, cavanlıq mənbəyidir”.