Ürək və şəkər xəstələri hər gün 5 ədəd yeməlidir

 03:00 18.10.2024     412

Alman ekspertləri hər gün 5 ədəd badam yeməyin faydasını sübut edib.

Redaktor.az "Medicina.az”a istinadən xəbər verir ki, badam iştahı azaldır, insanı tox tutduğu üçün çəkini tənzimləyir, bununla da diabet və ürək xəstələrinin ömrünü uzadır.

Eyni zamanda onda olan yağ turşusu bağırsaq üçün faydalıdır, köpü azaldır, həzmi yaxşılaşdırır.

5 ədəd badamda lif, zülal, mineral, B, A, E vitamin, fol turşusu var.

Alimlər gündə 50 qram badam yeməyi məsləhət görür. Qabığın altında çərəzi örtən qəyvəyi örtük saxlanmalıdır.

Badamları 2 saat suda isladıb, sonra yemək məsləhətdir.

Badam sümükləri möhkəmlədir, qanı artırır.

Həm xəstələr, həm yaşlılar, həm hamilələr yeməlidir.