Gündə 5 şabalıd yeməyin sonsuz FAYDASI
Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.
Redaktor.az xəbər verir ki, dietoloqlar müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.
Hər gün 5 şabalıd yeməyin faydaları:
- damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır
- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
- ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır- sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur
- qanda xolesterolun səviyyəsini aşağı salır
- qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır
- mübadilə prosesləri yaxşılaşdırır.
//Publika.az