Qan təzyiqini aşağı salan ən güclü VASİTƏ
Dağ sarımsağı adlanan yabanı sarımsaq növü sağlamlığa bir çox faydası ilə diqqət çəkir.
Redaktor.az xəbər verir ki, dağ sarımsağının faydalarını bilənlər onu tapanda kilolarla alırlar.
Bu bitkinin ürək və bağırsaqlara çoxlu müsbət faydaları var.
Sağlamlığa bir çox faydası olan bu bitki xüsusilə, salatlarda istifadə edilir. Çünki onu çiy istifadə etmək daha yaxşıdır. Həm də özünəməxsus dadı ilə salatları zənginləşdirir.
Dağ sarımsağı normal sarımsaqdan fərqli olaraq çətin tapılır. Adətən dağlarda yetişdiyi üçün qiyməti də bir qədər baha olur. Ancaq o, faydaları ilə adi sarımsağı kölgədə qoyur.
Antioksidan xüsusiyyətlərə malik olması, immunitet sisteminə müsbət təsir göstərməsi, təzyiqi tənzimləməsi ilə dağ sarımsağı sağlamlığını qorumaq istəyənlərin bir nömrəli seçimidir. Tərkibindəki kükürd birləşmələri sayəsində antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə sahibdir.
Odur ki, dağlıq bölgələrdə rastlaşsanız, onu sadəcə alaq otu kimi görməyin, sağlamlığa faydalarını nəzərə alın.
Dietoloqlar bildirirlər ki, yabanı sarımsaq həzm sistemindəki parazitləri yox edir. Xora kimi problemlərdən qoruyur. Bu sarımsaqdan bədəni toksinlərdən təmizləmək üçün də istifadə olunur.
Dağ sarımsağı qaraciyəri, böyrəkləri, bir sözlə, daxili orqanları təmizləyir.
Təzyiqi oynayanlar arasında daha məşhurdur. Çünki bu bitkidən istifadə edənlərdə təzyiq sabit qalır.