Səhərlər bir dilim tam buğda çörəyi yeməyin 6 faydası
Çörək pis şöhrət qazansa da, əslində bədənin enerji üçün istehlak etdiyi makronutrientlər ehtiva edir.
Redaktor.az xəbər verir ki, yeməyin ayrılmaz hissəsi olan çörəyin doğru növü seçilərsə, həm istədiyiniz fit bədəni təmin edə, həm də sağlamlığınıza fayda verə bilər.
İstər bir dilim tost, istərsə də sendviç hazırlayarkən tam buğda çörəyini seçə bilərsiniz.
Mütəxəssislər bildirirlər ki, bu çörəyi yemək üçün 6 səbəb var:
Lif ehtiva edir
Tam buğda çörəyinin bir dilimində 2-4 qram lif olur. Yetkin insanlar hər qəbul edilən 1000 kalori üçün 14 qram lif istehlak etməlidirlər. Lif həzm, bağırsaq sağlamlığı, ürək sağlamlığı və xərçəngin qarşısının alınması üçün vacibdir. Gündə yalnız iki dilim tam buğda çörəyi yemək, gündəlik lif ehtiyacınızın 25%-dən çoxunu qarşılamağınıza kömək edə bilər.
Mürəkkəb bir karbohidrat olduğu üçün bədəninizin tam buğdanı həzm etməsi ağ çörəkdən daha uzun çəkir, bu da həzm prosesini ləngidir və yeməkdən sonra daha uzun müddət toxluq hissi verir.
Arıqladır
Digər çörək növlərini tam buğda çörəyi ilə əvəz etmək çəki itirməyə və ya ideal çəkini saxlamağa kömək edir. Müşahidə tədqiqatları göstərir ki, bütün taxıl qəbulu BMI və çəki artımı riski ilə tərs əlaqəyə malikdir. Tam taxıl aclığı azaldır, toxluq hissi verir.
Xolesterini azaldır
Tam taxılların istehlakı xolesterol səviyyənizi yaxşılaşdıraraq ürək xəstəliyi riskini azalda bilər. Tam buğda çörəyi qaraciyərdə xolesterol istehsalını məhdudlaşdırır. Bir araşdırma, 12 həftə ərzində hər gün dörd dilim tam buğda çörəyi yeməyin trigliserid, ümumi xolesterin, LDL-xolesterol, HDL-xolesterol və hemoglobin A1C səviyyələrində yaxşılaşmaya səbəb olduğunu göstərib.
Qan şəkərini tənzimləyir
Populyar inancın əksinə olaraq, hətta şəkərli diabet xəstələri belə çörək yeyə bilər. Çünki tam buğda çörəyi qan şəkərini tənzimləyir. Bu da lifin həzm olunmasının daha uzun vaxt tələb etməsilə əlaqəlidir. Bu zaman şəkər qana daha yavaş qarışır.
Tam buğda çörəyi hətta yaşlandıqca inkişaf edən tip 2 diabetdən qoruya bilər. Bir neçə araşdırma qida rasionunda yalnız tam taxıllara yer verənlərin 29% daha az tip 2 diabet inkişaf riskinin olduğunu göstərib.
Xərçəng riskini azaldır
Təmizlənmiş taxılların yüksək qəbulu kolorektal və mədə xərçəngi riskini yüksəltsə də, tam taxılların istehlakı əksinə qoruyucu təsir göstərir. Bir sıra tədqiqatlar bütöv taxılların qəbulunun kolon, mədə, döş, mədəaltı vəzi və prostat vəzi xərçənginin azalması ilə əlaqəli olduğunu göstərib.
Tədqiqatçılar ən çox tam taxıl istehlak edənlərin mədə xərçənginə tutulma riskinin ən az miqdarda istehlak edənlərə nisbətən 27% daha az olduğunu tapıblar.
Həzmi yaxşılaşdırır
Tam buğda çörəyi və digər tam taxıllar yaxşı həll olunmayan lif mənbəyidir. Bu növ lif nəcisə kütlə əlavə edərək tullantıların həzm traktından daha tez hərəkət etməsinə kömək edir. Tam taxıllı buğda orqanizmə prebiotik təsir göstərir. Bağırsaq bakteriyaları tam buğda çörəyindəki lifləri fermentləşdirdikcə, bağırsaq mikrobiomuna və həzm prosesinə faydalı təsir göstərən mühüm yağ turşuları istehsal olunur.