Tanınmış bariatrik metabolik cərrah Taryel Ömərov beynəlxalq konqresdə çıxış etdi - FOTO
17-20 oktyabr tarixində "9th Obesity and Metabolic Disease Surgery Congress and the 4th Metabolic and Bariatric Surgery Dietitian" Konqresi baş tutub.
Bu tədbirə özəl dəvətlə çağırılan bariatrik metabolik cərrah Dr.Taryel Ömərov tədbirin açılış çıxışında yer alıb. Beynəlxalq konqresdə dünyanın dörd bir yanından təmsil olunan prof. cərrahlarla birlikdə əsrimizin əsas problemlərindən və xəstəliklərindən biri olan piylənmənin fəsadlarından, müalicə üsullarından öz çıxışlarında bəhs ediblər. Konqresin sonunda Dr.T.Ömərov çıxışında dəyərli professor TOSS fəxri sədri Prof. Mustafa Taşka, konqresin prezidenti Halit Eren Taşka, konqresin həmsədri Doç.Dr.Nihal Zekiye Erdemə təşəkkürlərini bildirib.
Qeyd edək ki, Dr. Taryel Ömərov İFSO-nun (Beynəlxalq Piylənmə və Metabolik Cərrahiyyə federasiyası) ölkəmizdəki tək rəsmi üzvü, ABMCA (Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyası) təsisçisi və sədri, Modern Hospitalın nəzdində fəaliyyət göstərən Sağlam Arıqlama mərkəzinin də təsisçisidir. Hər il onlarla pasiyentin sağlam həyata geri dönüşündə əvəzsiz rol oynayan bu mərkəz vasitəsilə nəinki sadəcə yerli əhaliyə, eyni zamanda xaricdən müraciət edən onlarla pasiyentə ümid yeri olmaqa davam edir.
Əlaqə vasitəsi: 012 949, 070 295 09 49