Limonla təzyiqi salmaq OLMUR

 03:00 28.10.2024     305

"Yüksək təzyiqdə limon çıxış yolu deyil. Hipertoniyanın müalicəsi limonla aparılmır".

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev təzyiqin müalicəsindən danışarkən deyib.

“Həkim müayinəsi və təyinatı üzrə dərman seçilir. Təzyiq problemi olan insanların limonla yüksək təzyiqi saxlamağa çalışması doğru deyil.

Limonun öz yeriı var, sarımsağın öz faydası var. Lakin əgər artıq təzyiq xəstəliyi varsa, zəruri dərman preparatlarından istifadə etmək lazımdır”.