COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirilib - TƏBİB-in rəhbəri

 15:28 30.10.2024     82

COP29 Əməliyyat Şirkətinin komandası ilə tibb müəssisələrinə baxış keçirilib və hazır vəziyyətə gətirilib.

Redaktor.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, tədbir zamanı fövqəladə hallar baş verərsə, Sabunçu Tibb Mərkəzinin nəzdində Məhəmmədi Modul tipli xəstəxanada 370 çarpayı ayrılıb.

Mərkəzi Neftçilər xəstəxanasında yanıq, Kliniki Tibbi Mərkəzdə Toksikologiya şöbəsi, eləcə də hava-damcı yolu ilə yayıla biləcək infeksion xəstəliklər üçün hazır vəziyyətə gətirilib.