Alimlər düyüdən xərçəng dərmanı əldə EDİB

 01:00 31.10.2024     31914

Yaponiyanın Tokio universitetinin alimləri düyü liflərindən xərçənglə mübarizə aparacaq yeni dərman əldə edib.

Redaktor.az xəbər verir ki, alimlər düyü liflərini nanohissəciklərə çeviriblər.

Düyü lifləri düyü emalından qalan artıq ərzaqdır ki, faydası azdır.

Lakin onda elə bir kimyəvi birləşmə var ki, xərçəng əleyhinə təsiri var, eyni orizanol və tokotrienol kimi.

Siçanlar üzərində aparılan sınaqlar göstərib ki, düyüdən alınan rbNP nano hissələr xərçəng hüceyrələrinin bölünməsini pozub, fasilə yaradıb, nəticədə şişlərdə özünü məhv etmə və geriləmə proqramı başlayıb.

Sübut olunub ki, nano hissəciklər bəzi zülalların daşınmasını azaldır, metastazlara imkan vermir.

Bu bitki birləşməsi sağlamn toxuma və hüceyrələr üçün təhlükəsiz işləyib.