Qanda şəkərin miqdarını tənzimləmək üçün bunu EDİN

 03:15 05.11.2024     302

Həkimlər yemək yedikdən sonra yarım saat ərzində gəzintiyə çıxmağı tövsiyə edirlər.

Redaktor.az xəbər verir ki, tədqiqatlar göstərir ki, insanlar yeməkdən sonra oturmaq əvəzinə gəzdikdə, qandakı şəkər miqdarı azalır.

Medicina.az xəbər verir ki, yemək sonrası gəzintinin müddəti ilə bağlı dəqiq vaxt yoxdur. Qısa, rahat gəzinti belə faydalı ola bilər.

Elm adamları iki-beş dəqiqə ərzində yavaş templə yeridikdə belə insanların sağlamlığının yaxşılaşdığını aşkarlayıblar.

Bildirilir ki, hər yeməkdən sonra 15 dəqiqəlik gəzinti sağlamlığa daha çox kömək edəcək. Ancaq müsbət təsirin davam etməsi üçün mütəmadi olaraq gəzmək lazımdır.