Gecənin yarısı yuxudan niyə oyanırıq? - SƏBƏBLƏR

 12:22 18.11.2024     335

Adətən, daim nəyisə planlaşdıran və gələcəklə bağlı düşünməyi sevənlər gecənin bir yarısı yuxudan oyanırlar. Bəs bədən niyə belə reaksiya verir?

Redaktor.az xəbər verir ki, bu barədə Milli Sağlamlıq İnstitutunun (NIH) araşdırmasında qeyd olunub.

Belə ki, biz gecə yuxusunda bir neçə dövrə keçirik. Hər biri təxminən 80-100 dəqiqə çəkir. Bu dövrdə sürətli və yavaş yuxu fazaları növbə ilə baş verir. Gecənin ilk yarısında çox dərin yatırıq və daha yüngül bir dövr səhər saat üçdə başlayır. Ona görə də bu saatda oyanmaq bizim üçün çətin deyil. Bundan əlavə, gecə saat 2 ilə 4 arasında bədən stress hormonları istehsal etməyə başlayır. Bizi səhər oyanmağa hazırlayır. Əgər insanın özü narahatdırsa, bu, onun daha tez oyanmasına səbəb ola bilər.

Qadınların yuxusuna hormonların da təsiri var. Məsələn, bir çoxları menstruasiya əvvəli dövrdə və ya hormonal dalğalanmalara görə menstruasiyanın ilk günlərində daha tez-tez oyanırlar. Kişilər də yaşlandıqca hormon səviyyələrində dəyişikliklər yaşayırlar. Bu səbəbdən də çox gecə yuxudan oyanırlar.

Yuxu ətrafınızdan və həyat tərzinizdən də asılıdır. Məsələn, otağınıza işıq girərsə, daha pis yata bilərsiniz. Eyni şey səs-küyə də aiddir. Bu məsələlər fərqində olmasanız da, yuxunu pozur.

Gündüz və ya axşam saatlarında kofeinli içkilər qəbul etsəniz, gecənin ortasında oyana bilərsiniz. Alkoqol da yuxuya pis təsir edir. Əgər çox yeyirsinizsə, bu da səhər 3-də oyanmağınıza səbəb ola bilər. Mütəxəssislər axşam yeməyini yatmazdan ən azı 3-4 saat əvvəl yeməyi məsləhət görür.

Daim hərəkətdə olan insanlar gecələr tez-tez oyananlar siyahısındadırlar. Bunun səbəbi onların beyinlərinin daim işləməsi və bədənlərinin lazım olduğu kimi rahatlaya bilməməsidir.

Bəzən isə gecə yuxudan oyanmaq uşaqlıqdan gələn vərdişdən qaynaqlanır. Ola bilsin ki, siz uşaqlıqda yuxu zamanı səs-küyə, işığa və bəzi narahatlıqlara qarşı çox həssas olmusunuz və bu xüsusiyyət indi də davam edir.

Sevinc İBRAHİMZADƏ