Bu iki içkini eyni vaxtda içməyin

 17:22 19.11.2024     79

Kofeinin alkoqolizmin qarşısını ala biləcəyi ilə bağlı doğru qəbul edilən fikirlər təkzib edilib.

Redaktor.az-ın məlumatına görə, bəzi araşdırmalar göstərir ki, kofeinin spirtlə birləşməsi alkoqoldan gələn xoşbəxtlik hissini yaradan hormon olan dopamin ifrazını azalda bilər. Bu, nəzəri cəhətdən zövqlü içki təcrübəsinə də təsir edİr. Bu cür nəticələr heyvanlar üzərində aparılan təcrübələr əsasında hazırlanır və yalnız akademik əhəmiyyət kəsb edir.

Praktikada hər iki maddə (kofein və spirt) psixoaktivdir və onların nəzarətsiz istifadəsi ciddi nəticələrə səbəb ola bilər. Risklərə psixi asılılığın inkişafı, ürək-damar sistemi ilə bağlı problemlər, mədə-bağırsaq traktının və sinir sisteminin pozğunluqları, həmçinin psixi xəstəliklər daxildir.

Kofein və spirtin eyni vaxtda istifadə edilməsi sağlamlıq üçün təhlükəli hesab edilir.

Sevinc İBRAHİMZADƏ