"Siqaretdən İmtina Günü"ndə həkimdən məsləhətlər - Siqareti tərgitmək üçün...

 17:40 21.11.2024     166

Bu gün Beynəlxalq Tütünçəkmədən İmtina Günüdür. 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilən bu tarix hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd olunur.

Redaktor.az xəbər verir ki, həkim terapevt İqor Alentov "lenta.ru"ya siqareti tərgitməyin qeyri-aşkar yollarından danışıb.

O bildirib ki, siqaret çəkmək xərçəng, tromboz, infarkt və insult riskini artırır, həmçinin xroniki obstruktiv ağciyər xəstəliyinə (KOAH) gətirib çıxarır.

"Bu pis vərdişdən xilas olmaq üçün psixoterapevt və ya narkoloqla əlaqə saxlamaq olar, onlar müalicə almağa kömək edəcəklər. Həkimlər siqaret çəkənlərin bunu buraxmasına kömək etmək üçün qrup terapiyası, koqnitiv davranış terapiyası və ya sprey, yamaq və saqqız kimi dərmanlar tövsiyə edə bilərlər. Ancaq bunlardan yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə etmək olar".

Terapevt onu da bildirib ki, siqareti tərgitmə prosesi bu vərdişi gündəlik iş rejimi ilə əlaqələndirməyi çətinləşdirir:

"Çünki bəzi insalar avtomobil sürərkən, dostları ilə söhbət edərkən siqaretdən istifadə edir. Buna görə də  gündəlik rejimin dəyişdirilməsi, yeni hobbi ilə məşğul olmaq, səyahətə başlamaq alternativ köömmək ola bilər. Burada başqalarının dəstəyinin vacibliyi də var. Məsələn, keçmiş siqaret çəkənlərin təcrübələrini bölüşdüyü və bir-birini dəstəklədiyi bir proqrama qoşula bilərsiniz. Həkim köməyi ilə asılılığın müalicəsi problemin öhdəsindən gəlmək şansını artırır. Həm də başa düşmək lazımdır ki, siqaretlə mübarizədə müxtəlif üsullardan birlikdə istifadə etmək tək bir üsuldan istifadə etməkdən daha təsirlidir".

Həkim onu ​​da qeyd edib ki, siqaretin elektron siqaretlə əvəzlənməsi pis fikirdir və bu, əksər hallarda vərdişə qayıtmağa gətirib çıxarır.

Sevinc İBRAHİMZADƏ