"Onkoloji xəstələrə edilən yardım çox azdır" - Komitə sədri

 15:27 25.11.2024     472

"Ötən illərdə olduğu kimi növbəti ildə də dövlət büdcəsi sosial yönümlüdür. Sevindirici haldır ki, səhiyyə üçün ayrılan vəsasit 3.6 milyard manat olacaq.  İcbari tibbi sığorta ölkəmizdə uğurla keçirilir".

Redaktor.az xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman  Əmiraslanov noyabrın 25-də keçirilən plenar iclasda deyib.

"Bəzi problemlər var. İlkin tibbi yardımı buna misal deyə bilərik. Bəzi rayonlarda bunun üçün lazımlı vəsaitlər yoxdur. Bundan başqa, bəzi avadanlıqlar var ki, ölkədə sayılıdır, hətta bir dənədir. Maliyyənin artırıldığı halda hələ də onkoloji xəstələrə edilən yardım çox azdır", - deyə millət vəkili qeyd edib.

Türkan İSGƏNDƏRLİ