Körpəyə inək südü içirtmək OLARMI?

 03:22 03.12.2024     381

Körpə uşağa əlavə süd və qida kimi inək südü içirmək yaşlı nəslin tövsiyəsidir. İndi isə müasir uşaqlara süni qidalar verilir və analar laktoza dözümsüzlüyündən qorxur.

Redaktor.az Medicina.az-a istinadən xəbər verir ki, pediatr Elşən Tağıyev inək südü ilə qidalanmaya aydınlıq gətirib.

“6 aylıqdan yuxarı körpələrə gündə 50 ml-dən çox olmamaq şərti ilə inək südü vermək olar. Amma südü birbaşa içirmək olmaz. Qidalara, sıyıqlara qatmaq olar. İnək südünə qarşı güclü allergiya və həssaslıq olarsa, həkimə müraciət edin.

Körpəyə 6 ayına qədər heç bir heyvani qida, süd vermək olmaz”, - pediatr qeyd edib.