Qadın bu yeməklərlə 59 kilo arıqladı

 17:32 05.12.2024     345

Amerikalı qadın fəstfud sayəsində 59 kilo arıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

Blogger Natalia Aranda (@loseitwithnat)  fitnes və arıqlama ilə bağlı məzmun dərc edib. O, 60 kiloqrama yaxın arıqlamağa və formanı dəyişməyə kömək edən sirləri abunəçiləri ilə bölüşüb. Blogger "arıqlamaq fəstfud yeməkdən imtina etmək deməkdir" fikrini inkar edib. Onun sözlərinə görə, bu həqiqətə uyğun deyil.

Qadın aktiv arıqlama prosesində vaxtaşırı fəstfud restoranlarına getməyi özünə qadağa etmədiyini deyib. Blogger yediyi yeməklərdən bəzilərinin adını çəkərək onların kalorisi az və zülal çox olduğu üçün izləyicilərinə məsləhət görüb. Bunlara toyuq ilə salatlar, qızardılmış kiçik toyuq filesi parçaları, yumurta və kahı yarpaqları üzərində omlet və ya burger daxildir. Aranda içki kimi pəhriz sodası, yağsız süd və şəkərsiz qəhvə seçməyi təklif edib.

sevinc İBRAHİMZADƏ