Xüsusi nəzarətdə olan dərmanların siyahısı DƏYİŞDİ

 18:19 07.12.2024     309

Səhiyyə Nazirliyinin Kollegiyası “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı”nda dəyişiklik edib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı nazir Teymur Musayev yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıdan 11 dərman vasitəsi çıxarılıb, yerinə 199 dərman vasitəsi əlavə edilib.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.