Siqaret və depressiya arasında əlaqə mövcuddur

 13:04 09.12.2024     293

Amsterdam Universitetinin alimləri siqaretin şizofreniya və depressiv pozğunluqlara səbəb ola biləcəyini aşkar ediblər. 

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Clinical Psychiatry" (JCP) jurnalında dərc olunub.

Yeni araşdırmaya rəhbərlik edən Psixiatriya professoru Peter Hendriks bildirib ki, sağlam könüllülər və psixi pozğunluğu olan insanlar üzərində apardıqları araşdırmada onun komandası siqaret çəkmə ilə ciddi psixi xəstəliklərin inkişafı arasında mühüm əlaqəni təsdiqləyib. Genetik təhlillər göstərib ki, nikotin asılılığı şizofreniyanın inkişafına kömək edə bilər, lakin əksinə deyil.

Ancaq siqaret və depressiya arasındakı əlaqə daha mürəkkəb görünür. Bəzi hallarda siqaret depressiv pozğunluqların inkişafına təkan verir, digərlərində isə insanlar əvvəllər mövcud olan depressiya ilə mübarizə aparmaq üçün siqaret çəkməyə başlayırlar.

Professor Hendriksin sözlərinə görə, tütünün tərkibindəki bəzi komponentlər antidepresanlar kimi fəaliyyət göstərir, lakin siqaretin yan təsirləri müvəqqəti yaxşılaşmalardan qat-qat çoxdur.

Sevinc İBRAHİMZADƏ