Hər il çarpayımıza yarım kilo ölü dəri tökürük – Yataq örtüklərimizi necə dəyişməliyik?
Təmiz yatağın qoxusu bizim özümüzü sakit və rahat hiss etməyimizə səbəb olur.
Redaktor.az xəbər verir ki, kifayət qədər tez-tez dəyişdirilməyən yataq dəstləri xəstəliklərə səbəb olur.
Dermatoloq Yasəmən Fatih Amato yataq örtüklərinin təmizlənməsi ilə bağlı çox əhəmiyyətli açıqlamalar verib:
“İnsan bədəni təbii olaraq gün ərzində milyonlarla ölü dəri hüceyrəsini tökür. Ancaq bu hüceyrələrin hamısı çarpayıya düşmək əvəzinə, bəziləri paltara, ətrafa və gündəlik həyat fəaliyyətlərinə yayılır.
Bəzi mənbələr, bir insanın ildə bir kiloqram ölü dəri hüceyrələrini yatağına tökə biləcəyini iddia edir. Bu rəqəm tez-tez təmizlik və ya yataq gigiyenası ilə bağlı istehlakçı yönümlü mətnlərə də daxil edilir”.
Dermatoloq bu cür rəqəmlərin tez-tez döşək istehsalçıları, təmizlik şirkətləri və ya tekstil sənayesi ilə bağlı bloqlarda paylaşıldığını, lakin birbaşa elmi ədəbiyyata əsaslanaraq dəqiq və geniş qəbul edilən bir mənbə tapmağın çətin olduğunu deyib.
Vasif ƏLİHÜSEYN