"Bu aşpazlara inanmayın, sizi aldadırlar" - Tahir Əmiraslanov

 12:56 10.12.2024     411

Özlərini gözə soxmaq istəyən bir qrup aşpazlar və kurslar bizim adımızdan və loqolarımızdan istifadə edir, insanları aldadırlar

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Milli Kulinariya Assosiasiyasının (AMKA) sabiq baş direktoru və “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov deyib.

O, insanları bu cür aşpazlara inanmamağa səsləyib:

“Gördüyünüz bu aşpaz da geyimində Azərbaycan Milli Kulinariya Assosiyasının (AMKA) və üzvü olduğumuz Beynəlxalq Qurumların loqolarını gəzdirir. Diqqətinizə çatdırırıq ki, bu adam AMKA-nın üzvü deyil və bu loqoları qanunsuz gəzdirir və sizləri bununla aldadır. Belə kəslərə inanmayın!”.

Vasif ƏLİHÜSEYN

 

Bir 1 nəfər, gelato və mətn şəkili ola bilər

 

Bir 1 nəfər və mətn şəkili ola bilər