“Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil” - Afaq Bəşirqızı nazirin “estetik əməliyyat” çağırışına dəstək VERDİ
“Estetik əməliyyatlar barədə münasibət bildirmək istəməyən adam varsa, o da mənəm. Belə şeylərə qarışmıram. Özləri bilərlər. Necə istəyirlərsə, elə də etsinlər. Həqiqətən də, kiminsə görmə, iybilmə qabiliyyətində maneə, problem varsa, əməliyyat etdirmələri normaldır. Amma mən əvvəldən estetik əməliyyatla kiçiltmə, böyütmə - bunların əleyhinəyəm. Yenə də hər kəs özü bilər”.
Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı səhiyyə naziri Teymur Musayevin estetik əməliyyatlarla bağlı çağırışına münasibət bildirərkən deyib.
“Səliqə-səhman başqa şeydir. Qadın həmişə özünə baxmalıdır. İctimaiyyət arasında olan qadın hər zaman özünə fikir verməlidir. Mənim fikrimcə, nəyisə kəsdirib harasa yamamaq, nəyisə götürüb harasa qoymaq isə bir az düzgün deyil. İlahinin yaratdığı gözəlliyi heç bir estetik əməliyyat əvəz edə bilməz”, - Xalq artisti bildirib.
Xatırlatma: Səhiyyə naziri Teymur Musayev estetik əməliyyat etdirən xanımlarla bağlı çağırış edib. Nazir bildirib ki, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimiz nəzərə alınmalı, xalqımız gözəllik anlayışı məsələsində maariflənməlidir (pravda.az).