Azərbaycanda bu tibbi xidmət mümkün deyil

 16:56 13.12.2024     357

Həyatın könüllü şəkildə sona çatdırılması mənasına gələn evtanaziya ən mürəkkəb mövzulardan biridir. Evtanaziya insan hüquqları, şəxsi azadlıq, tibbi etika və dini dəyərlər arasında balans qurmaq cəhdi ilə müxtəlif cəmiyyətlərdə fərqli şəkildə qiymətləndirilir. 

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında dedi ki, evtanaziya qanunvericiliklə təsbit olunmasa, icra edilə bilməz.

Həkim bildirdi ki, Azərbaycanda bu tibbi xidmət hələlik təsbit olunmadığına görə mümkün deyil: "Amma buna ehtiyacın olması istisna edilmir".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, insan həyatına qəsd, o cümlədən evtanaziya, cinayət sayılır. Həkimlər və digər tibb işçiləri xəstələrə yalnız həyatın davam etdirilməsi üçün lazımi tibbi yardımı göstərə bilərlər. 

Evtanaziyanın qanuni olduğu əsas ölkələr isə Niderland, Belçika, Lüksemburq, Kanada, İsveçrə, Kolumbiya, Avstraliya və Yeni Zelandiyadır. 

Sevinc İBRAHİMZADƏ