Gün ərzində nə qədər enerji içkisi içmək olar? - Həkim AÇIQLADI

 03:34 22.12.2024     80

"Gün ərzində cəmi 250 ml enerji içkisi içmək olar".

Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı rusiyalı mütəxəssis, qastroenteroloq Sofiya Kardaşova açıqlamalar verib.

"Gündə 250 ml-dən çox olmayaraq enerji içkisinin qəbulu məqbuldur. Bundan əlavə, heç bir halda enerji içkiləri ilə fiziki yüklənməni birləşdirmək olmaz, çünki bu zaman ürəyə böyük yük düşür. Həmçinin enerji içkilərini qəhvə, yaşıl və ya qara çayla da içmək olmaz - həddindən artıq kofein səbəbindən bu da ürəkdə problemlərin yaranmasına gətirib çıxara bilər. Hamiləlik və laktasiya dövründə də onları içməməlisiniz. Və yadda saxlamaq lazımdır ki, enerji içkisini içib bitirdikdən sonra yatıb yuxunu almaq lazımdır. Enerji içkisi əlavə güc vermir, əksinə, insanın öz enerji ehtiyatını da tükəndirir", - deyə həkim bildirib.

Beləliklə, həftədə iki və ya üçdən çox olmamaqla, enerji içkisi qəbul etmək olar və bundan sonra da bədənə ehtiyatlarını bərpa etmək üçün vaxt vermək lazımdır.

"Enerji içkiləri ürək döyüntüsünü və qan təzyiqini artırır. Və içdiyiniz enerji içkisinin miqdarından asılı olaraq təsiri güclənir. Enerji içkilərinin qəbulu fonunda miokard infarktı ilə bağlı faktlar məlumdur, ona görə də ürək-damar sistemi problemləri olan insanlar üçün qəti şəkildə əks göstərişdir. Bundan əlavə, kofeinin tez-tez qəbulu su-duz balansını pozur ki, bu da öz növbəsində sidik ifrazını artırır və insana lazım olan duzları xaric edir", - deyə mütəxəssis qeyd edib.