Bu çaylar xərçəngə səbəb ola bilər

 09:36 26.12.2024     144

Paket çaylar xərçəng və digər təhlükəli xəstəliklərə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Barselona Muxtar Universitetinin alimləri "Chemosphere" jurnalında dərc olunan məqalədə danışıblar. 

Araşdırmaya görə, çay paketlərindən ayrılan milyonlarla mikroplastik hissəciklər bağırsaqlara sorula, qanla yayıla və hüceyrələrin nüvələrinə nüfuz edə bilir.

Polipropilen çay paketləri ən təhlükəlisi olub - onlar 1 ml-də 1,2 milyarda qədər mikroplastik hissəciklər buraxırlar. Selüloz torbaları 1 ml-də təxminən 135 milyon hissəcik, neylon-6 torbaları isə 1 ml-də təxminən 8,18 milyon hissəcik buraxır.

Mikroplastiklərin insan orqanizmində toplanması potensial olaraq reproduktiv və endokrin sistemlərə zərər verə bilər, piylənməyə, iltihabi proseslərə, immunitetin zəifləməsinə və uşaqlarda inkişaf qüsurlarına səbəb ola bilər.

Sevinc İBRAHİMZADƏ