Boğaz ağrısından əziyyət çəkənlər DİQQƏT

 16:56 27.12.2024     406

Boğaz ağrısı 5 gündən artıq çəkərsə, bu ciddi riskin xəbərdarıdır.

Redaktor.az xəbər verir ki, bu barədə mütəxəssislər insanlara müraciət edib.

Onların sözlərinə görə, bəzi hallarda boğaz ağrısı son dərəcə təhlükəli ola bilər. Boğaz ağrısı beş gündən çox davam edər, udma və ya yuxu ilə bağlı problemlər yaradır, həmçinin 38 dərəcədən yuxarı temperatur müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır.

Həmçinin boğaz ağrısı gəzinti zamanı balansın pozulmasına, qulaq ağrısına, boyunda şişməyə və limfa düyünlərinin böyüməsinə səbəb ola bilər. Bütün bu siqnallar xəstəliyin ağır gedişatını göstərir. 

Ağrıdan evdə xilas olmaq üçün bəzi üsullardan istifadə etmək olar:

  • Nanə, zəncəfil, çobanyastığı, cökə və zefir kimi bitki çaylarını içmək
  • bol su içməklə boğazı nəmli və yumşaq saxlamaq
  •  ilıq duzlu su ilə qarqara etmək,
  • qaynar su, limon və bal qarışığı içmək 
  • Alma sirkəsi içməklə boğazdakı bakteriyaları təmizləmək
  • Bədənin istirahət edərək bərpası

Türkan İSGƏNDƏRLİ