Bu üsullarla diş ağrısından xilas ola bilərsiniz!
Dərhal həkimə müraciət etmək mümkün olmadıqda, mövcud olan bir neçə vasitənin köməyi ilə diş ağrısını aradan qaldırmaq olar.
Redaktor.az xəbər verir ki, bu barədə stomatoloqlar məsləhət verib.
İlk növbədə diş ağrısını aradan qaldırmaq üçün ağızı ilıq su və soda ilə yaxalamaq məsləhət görülür. Həmçinin, müvəqqəti antiallergik dərman qəbul edə bilərsiniz - onlar narahatlığı, iltihabı və şişkinliyi aradan qaldıracaqlar.
Bununla belə, stomatoloqlar xəbərdarlıq edib ki, ağrıyan dişin müalicəsi üçün məşhur ənənəvi üsullara müraciət etmək təhlükəlidir. Məsələn, irinli iltihablı dişə, isti bir kompres yalnız vəziyyəti daha da ağırlaşdıracaq.
Türkan İSGƏNDƏRLİ