Böyrəklər niyə sıradan ÇIXIR?

 05:15 08.01.2025     265

Böyrəklərin sıradan çıxmasının səbəbləri müxtəlifdir və bu, əsasən, həyat tərzi, genetik faktorlar və digər xəstəliklərdən asılıdır.

Redaktor.az xəbər verir ki, böyrəklərin sağlamlığını pozan əsas səbəblərdən biri yüksək qan təzyiqi və şəkərli diabetdir. Bu xəstəliklər qan damarlarına və böyrək toxumalarına zərər verərək funksiyalarını zəiflədə bilər.

Eyni zamanda, suyun az qəbulu, duzlu qidaların həddindən artıq istehlakı, alkoqollu içkilərdən sui-istifadə və bəzi dərmanların nəzarətsiz istifadəsi də böyrəklərə mənfi təsir göstərir. İltihabi xəstəliklər, infeksiyalar və sidik yollarının tıxanması böyrəklərin funksiyasını məhdudlaşdıra bilər. Nəticədə, toksinlər bədəndə yığılaraq xroniki böyrək xəstəliyinə və hətta böyrək çatışmazlığına səbəb ola bilər.

Böyrəklərin sağlamlığını qorumaq üçün sağlam həyat tərzi keçirmək, bol su içmək, balanslı qidalanmaq və mütəmadi tibbi müayinələrdən keçmək vacibdir.