Xərçəngli uşaqların sağ qalma şansını azaldan amil müəyyən EDİLDİ

 20:04 13.01.2025     123

Monreal Universitetinin Kanada alimləri qrupu xərçəngli uşaqlarda piylənmənin diaqnoz qoyulduqdan 5 il sonra onların sağ qalmasına təsirini araşdırıb.

Redaktor.az xəbər verir ki, tədqiqat Amerika Xərçəng Cəmiyyətinin CANCER elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Kanadada yeni diaqnoz qoyulmuş xərçəngi olan 2 ilə 18 yaş arasında olan xəstələrin tibbi məlumatlarını araşdırıblar. Xərçəng xəstəsi olan 11291 nəfərin 10,5%-i də piylənmə olub.

Təhlil göstərib ki, diaqnoz qoyulan zaman uşaqda artıq çəki 16% artmış residiv riski və 29% ölüm riski ilə əlaqələndirilir.

Piylənmənin proqnoza mənfi təsiri xüsusilə kəskin limfoblastik lösemi və beyin şişləri olan xəstələrdə özünü göstərib.

Tədqiqat müəlliflərinin fikrincə, onların kəşfi piylənmənin uşaqlıq xərçənginin bütün növlərinə mənfi təsirini vurğulayır. Tapıntılar onkoloqlara gənc xəstələr üçün müalicə nəticələrini tənzimləmək və daha yaxşı proqnozlaşdırmaqda kömək edəcək.

Turan İSMAYIL