Qırmızı ətin çox istifadə edilməsi demans riskini artıra bilər - ARAŞDIRMA

 23:30 17.01.2025     85

Yeni bir araşdırma, qırmızı ət məhsullarını çox istehlak edən şəxslərin demans xəstəliyinə tutulma riskinin daha yüksək olduğunu göstərib.

Redaktor.az xəbər verir ki, Harvard Universitetinə bağlı T.H. Chan Xalq Sağlamlığı Bölümündən tədqiqatçılar, kolbasa kimi qırmızı ət məhsullarını çox istehlak edənlərin demans xəstəliyinə tutulma riskinin daha yüksək olduğunu aşkarlayıb.

Tədqiqatda demans diaqnozu qoyulmamış, orta yaşı 49 olan təxminən 134 min iştirakçı hər 2-4 ildən bir yedikləri qidaları və bu qidaları nə qədər tez-tez istehlak etdiklərini qeyd edən bir qida gündəliyi doldurub. Tədqiqatçılar, iştirakçıları gündəlik qırmızı ət istehlakına görə "az miqdarda istehlak edən", "orta miqdarda istehlak edən" və "çox istehlak edən" olaraq 3 qrupa ayırıblar.

Araşdırma nəticəsində, qırmızı ət məhsullarını "çox istehlak edən" şəxslərin gələcək illərdə demans diaqnozu alma riskinin "az istehlak edənlərə" nisbətən 13% daha çox olduğu məlum olub.

Kənan YUSİF