22 yaşlı azərbaycanlı meymunçiçəyi virusuna necə yoluxub? - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb.
Redaktor.az xəbər verir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 10 gün xaricdə qalıb ölkəyə döndükdən sonra meymunçiçəyi virusuna yoluxub.
Eyni zamanda xəstə ilə təmasda olan ailə üzvləri də ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar (xezerxeber.az).