Düzgün qidalanma və idman uğurlu əməliyyat şansını artırır

 23:26 24.01.2025     103

Ottava Universitetinin alimləri müəyyən ediblər ki, fiziki aktivlik əməliyyatdan sonrakı fəsadların riskini 50%, düzgün qidalanma isə 38% azaldır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri BMJ (British Medical Journal) jurnalında dərc olunub.

Tədqiqatçılar ayrı-ayrı tibb müəssisələrində aparılan 186 klinik sınaqdan əldə edilən məlumatları təhlil edərək həyat tərzi faktorları ilə cərrahi nəticələr arasında əlaqəni araşdırıblar. Nəticələr göstərib ki, pəhriz və idmanla aktiv şəkildə əməliyyata hazırlaşmaq uğurlu əməliyyat şansını xeyli artıra bilər.

Alimlər deyirlər ki, “pre-reabilitasiya” kimi tanınan bu yanaşma xəstələrin daha tez sağalmasına kömək edir. Araşdırmaya görə, fiziki aktivlik fəsad riskini 50%, düzgün qidalanma isə 38% azaldır. Pəhriz, məşq və sosial dəstəyin birləşməsi yalnız əməliyyatdan sonrakı dövrdə patoloji vəziyyətlərin inkişafının qarşısını almağa kömək etmir, həm də xəstəxanada qalma müddətini iki gündən çox azaldır.

Turan İSMAYIL