Darçınlı suyun FAYDASI

 03:36 26.01.2025     196

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, pəhrizlə birlikdə bir həftə darçınlı su içsəniz, 5 kiloqrama yaxın çəki ata bilərsiniz.

İçkinin hazırlanma qaydası:

Bir stəkan suyu qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin.

Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.