Bunu etmək qocalmanı sürətləndirir

 17:58 27.01.2025     132

İşdə, evdə və cəmiyyətdə daimi stress və dərinin vəziyyəti arasında əlaqə birbaşa hiss olunur.

Redaktor.az xəbər verir ki, bu barədə dermatoloqlar xəbərdarlıq edib. 

Bildirilir ki, stress orqanizmin müdafiə mexanizmlərini, o cümlədən adrenalin və kortizol hormonlarının istehsalını aktivləşdirir. Xüsusilə kortizol qanda şəkərin səviyyəsini artırır və immuniteti azaldır ki, bu da sonradan dərinin vəziyyətinə təsir edir. 

Stress həmçinin ekzemanın və ya atopik dermatitin pisləşməsi kimi digər dəri problemlərinə də səbəb ola bilər. Bu xəstəliklər dərinin qızartı, qaşınma və qabıqlanması şəklində özünü göstərir. 

Bundan əlavə, xroniki stress dərinin qocalma prosesini sürətləndirir. Kortizolun təsiri altında dərinin möhkəmliyindən və elastikliyindən məsul olan zülallar olan kollagen və elastinin səviyyəsi azalır. Bu, qırışların yaranmasına, sallanmasına və tonunun itməsinə səbəb olur.

Stress həm də immunitet sistemini zəiflədir, bu da herpes virusunun aktivləşməsinə gətirib çıxarır.

Türkan İSGƏNDƏRLİ