Gündə 20-30 qram alkoqol sağlamlıq üçün təhlükəsizdir? - Həkim AÇIQLADI

 19:44 30.01.2025     77

"Bir çox insanlar az miqdarda spirti sağlamlıq üçün təhlükəsiz hesab edirlər, lakin bu, belə deyil".

Redaktor.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə psixiatr-narkoloq Dmitri Vaşkin bildirib.

“ÜST hesab edir ki, alkoqolun təhlükəsiz dozası yoxdur. Lakin Rusiya Federasiyasının Səhiyyə Nazirliyi fərqli fikirdədir - kişilər üçün gündə 30 qram, qadınlar üçün isə 20 qram təmiz spirt orta və ya nisbətən təhlükəsiz hesab olunur”, - o qeyd edib. Ancaq əslində həkim xəbərdarlıq edib ki, insanların fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır:

"Bura yaş, cins, sağlamlıq vəziyyəti və insanın xəstəliklərə genetik meyli daxildir", - deyə həkim spirtli içkilərlə bağlı məşhur mifi dağıdıb.

BƏNÖVŞƏ