Yerfındığının faydaları

 03:21 01.02.2025     57

Yerfındığı lif, zülal və sağlam doymamış yağ turşularının mənbəyidir.

Redaktor.az xəbər verir ki, bu çərəz xolesterini aşağı salaraq ürək sağlamlığını dəstəkləyir və ürək xəstəliklərinin qarşısını alır.

Tərkibindəki maqnezium, fosfor və kollagen əzələlərin inkişafını dəstəkləyir. Yerfındığı 2-ci tip diabetin inkişafının qarşısını alır, iltihabı azaldır.

Tərkibindəki lif sayəsində həzmi dəstəkləyir və arıqlamağa kömək edir. Pis xolesterol səviyyəsini azaldaraq yaxşı xolesterin səviyyəsini artırır.

Yoğun bağırsaq və mədə xərçənginə qarşı qoruyucu təsirə malikdir. Qan şəkərinin səviyyəsini tarazlamağa kömək edir.

Yerfındığı yüksək miqdarda E vitamini ehtiva edir. Buna görə də dəri sağlamlığı üçün son dərəcə faydalıdır.

Bu çərəz tərkibindəki Omeqa-3 yağları sayəsində saç tökülməsinə və qırılmasına qarşı çox təsirli qidadır. Saçların parlaq və güclü görünməsinə kömək edir.

Yerfındığı Althseymer xəstəliyinə tutulma riskini azaltdığı üçün xüsusilə yaşlı insanlar üçün tövsiyə olunan qidadadır.

Bundan başqa yaddaşı gücləndirir və xüsusilə tələbələrə tövsiyə olunur.

Xoşbəxtlik hormonu kimi tanınan seretonin hormonunun istehsalına kömək edən yerfındığı depressiyaya qarşı da təsirlidir.

Xolesterolu olan insanların həkim nəzarəti altında istehlak etməsi tövsiyə olunur.

Həddindən artıq yerfındığı yemək çəki artımına, sızanaqlara və digər dəri problemlərinə, eləcə də allergik reaksiyalara səbəb ola bilər.