Süd məhsulları bu şəxslər üçün ZƏRƏRLİDİR
Süd məhsulları laktoza dözümsüzlüyü olan insanlar üçün təhlükəli ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə diyetoloqlar xəbərdarlıq edir.
Süd məhsullarının təhlükələri ilə bağlı bütün araşdırmaları maldarlığın yaxşı inkişaf etmədiyi ölkələrin nümayəndələri aparıb. Onlarda laktozanı parçalayan ferment yoxdur. Buna görə süd həmin vəziyyətdə zəif həzm olunur və şişkinlik, narahatlıq, iltihaba səbəb ola bilər ki, bu da bütün bədənə zərər verir.
Bəzən uşaqlıqda insan südü normal qəbul edir, lakin yetkinlik dövründə həzmsizlik baş verir və dəridə səpgilər əmələ gəlir. Bədənin lazımi miqdarda lazımi fermenti yenidən istehsal etməyə başlaması üçün südü tədricən, kiçik hissələrdə pəhrizə daxil etməyə cəhd edə bilərsiniz.
Türkan İSGƏNDƏRLİ