Ürək sağlamlığını bu yolla qoruya bilərsiniz!
![](https://img.redaktor.az/news/2025/02/photo_270003.webp)
Xoşbəxt evlilik ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Redaktor.az xəbər verir ki, bu barədə Britaniya Ürək Mərkəzinin baş tibb bacısı Emili Makqrat bildirib.
Onun sözlərinə görə, romantik münasibətlər ürək sağlamlığını yaxşılaşdırmaq üçün yaxşı seçimdir.
“Xoşbəxt və sabit münasibətlər çox vaxt yaxşı özünə hörmət, maliyyə sabitliyi və stress səviyyəsinin azalması ilə əlaqələndirilir. Hamımız bilirik ki, stress ürək və ürək-damar xəstəliklərinin inkişafında mühüm rol oynayır”, - tibb bacısı qeyd edib.
Türkan İSGƏNDƏRLİ