Bu kolbasa və sosislər xərçəng, ürək-damar, böyrək xəstəliyi riskini artırır - Qida ekspertindən XƏBƏRDARLIQ

 15:58 12.02.2025     113

Xəbər verdiyimiz kimi, keçən günlərdə sosis məhsulunun müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb.
Bəs qida istehsalçıları istehlakçıları niyə aldadırlar?

Mövzu ilə bağlı Redaktor.az- danışan qida eksperti Fərid Səfərov bildirdi ki, təəssüf ki, son zamanlarda qidaların keyfiyyəti, tərkibi ilə bağlı xoşagəlməz hallarla tez-tez rastlaşırıq:

"Qida istehsalçıları müəssisələrdə çox ciddi şəkildə keyfiyyət standartları tətbiq etməlidirlər, bu işin əsas qaydalarından biri keyfiyyətli məhsul istehsalıdır. Digər məsələ isə hazırlanan məhsulun tərkibi, istifadə olunan xammalın keyfiyyəti, istehsal zamanı heç bir xətanın baş verməməsidir. Əgər bu zəncir bir yerdə qırılırsa, qida istehsalına qarşı laqeyd və belə demək olarsa, "vicdansız" yanaşmalar bütün bu prosesi korlayır, çox xoşagəlməz vəziyyət yaranır, insanlar arasında qida müəssisəsinə, qidaya qarşı inamsızlıq yaranır". 

Bu içkilər həyatınızdan tamamilə çıxarın -Ekspertdən ÇAĞIRIŞ

O ki, qaldı, işlənmiş ət məhsullarının (kolbasa, sosiska) ziyanlarına, ekspert qeyd etdi ki, bu haqda olduqca geniş araşdırmalar aparılıb, zərərləri haqda məlumatlar hər zaman hallanır.

"İşlənmiş qidalar müxtəlif xəstəliklərə yoluxma riskini artırır. Bu qidalar yüksək miqdarda doymuş yağ və kalori ehtiva edir, tərkibində təzə ətdə olmayan yüksək miqdarda duz və kimyəvi maddələr var. İşlənmiş ət yemək xərçəng, piylənmə, ürək-damar xəstəlikləri, böyrək xəstəliyi, pankreatit, şəkər xəstəliyi riskini artırır. Tərkibindəki yüksək miqdarda olan dadlandırıcı, rəngləndirici kimi kimyəvi maddələr bu qidalardan asılılıq yaradır. Düzgün istehsal olunmayan, düzgün saxlanılmayan, tərkibi tam aydın olmayan heç bir qida məhsulunu evinizə almayın, süfrənizə qoymayın!", - deyə F.Səfərov əhaliyə çağırış etdi.

Aytəkin TOFİQQIZI